Avtomobil icarəyə götürmək üçün lazım olan sənədlər və önəmli şərtləri qeyd ede bilərsinizmi?
• Azərbaycan vətəndaşları üçün – Şəxsiyyət vəsiqəsi (yaş həddi 19+) və sürücülük vəsiqəsi (sürücünün ən az 1 il təcrübəsi, sənədin minimum 1 il istifadə müddəti olmalıdır)
• Xarici vətəndaşlar üçün – Xarici passportun surəti (ölkəyə daxil olma möhürü olan səhifə və məlumat səhifəsi) və sürücülük vəsiqəsi beynəlxalq olmalıdır (sürücünün ən az 1 il təcrübəsi, sənədin minimum 1 il istifadə müddəti olmalıdır).
• Xarici vətəndaşlar xarici sürücülük vəsiqəsi ilə yalnız 1 ay müddətinə avtomobili kiralaya bilərlər. Üzünmüddətli icarə üçün Asan xidmətə müraciət edərək Azərbaycan Respublikasının müvəqqəti sürücülük vəsiqəsini almalıdırlar.
İcarəyə götürülmüş nəqliyyat vasitəsinin sənədləri itər və ya zərər görərsə icarəçi hər hansı maddi məsuliyyətə cəlb oluna bilərmi?
• Müqaviləyə əsasən, əgər icarəçi avtomobilin qeydiyyat şəhadətnaməsinin əslini itirərsə 500 USD, təsdiqlənmiş nümunəsini itirərsə 100 USD məbləğində cərimə olunacaqdır.
İcarəçi şirkətin təqdim etdiyi yol vərəqini itirərsə hansı məsuliyyətə cəlb olunur?
• Əgər icarəçi avtomobili sərbəst idarə etmək üçün şirkət tərəfindən ona təqdim olunmuş “Yol vərəqini” itirərsə bunun üçün şirkət tərəfindən heçbir cəza tətbiqi nəzərdə tutulmayıb. Lakin müvafiq sənəd olmadan avtomobilin idarəsi qanunla qadağan olduğuna görə sürücüyə Yol Polisi tərəfindən cəza tətbiq oluna bilər.
Bir avtomobilə maksimum neçə yol vərəqi şamil oluna bilər?
• Şirkət bir avtomobilə 4 fərqli sürücü üçün yol vərəqi təqdim edə bilər.
İcarəçi icarəyə götürdüyü avtomobil ilə yol qəza hadisəsinə qarışarsa nə etməli?
• İcarəçi icarəyə götürdüyü nəqliyyat vasitəsi ilə yol qəza hadisəsinə qarışarsa hadisə yerindən ayrılmadan şirkətə məlumat verməlidir ki, sığorta xərcləri qarşılasın. Bu zaman şirkət əməkdaşları qəzanı aktlaşdırmağa yardım edəcək, lazım gələrsə icarəçini eyni sinifdən başqa avtomobil ilə təmin edəcəkdir.
İcarəçi icarəyə götürdüyü avtomobil ilə yol qəza hadisəsinə qarışdığı haqda şirkətə zamanında məlumat verməzsə nəticəsi nə ola bilər?
• Əgər icarəçi icarəyə götürdüyü avtomobil ilə yol qəza hadisəsinə qarışdığı haqda şirkətə gec məlumat verər və ya heç məlumat verməzsə, icarəçi avtomobilin təmir xərclərini və servisdə olduğu müddət ərzində günlük icarə haqqının 1/2 hissəsini şirkətə ödəməlidir.
İcarəyə götürülmüş avtomobilin istismarında hər hansı qadağalar mövcuddurmu?
• İcarəyə götürülmüş avtomobildən ov, inşaat işləri, offroad əyləncələri, kənd təsərrüfatı işləri, ağır yük daşımaları və ya hər hansı kommersiya məqsədi ilə istifadə etmək qəti qadağandır.
Avtomobilin təhvili nəzərdə tutulmuş zamandan gec olarsa buna cərimə hesablanırmı?
• Avtomobilin təhvil saatından 1 saat keçdikdən sonra icarəçiyə əlavə 1 gün ödənişi şəklində cərimə tətbiq olunur.
Sifarişin tarixini, vaxtını dəyişə və ya ləğv edə bilərəmmi, və bunun üçün cərimə tətbiq olunurmu?
• Sifarişin tarixi/vaxtı dəyişdirilə və ya sifariş ləğv edilə bilər, bunun üçün heçbir cərimə nəzərdə tutulmur.
Avtomobilin icarə haqqına nələr daxil deyil?
• Avtomobilin icarə haqqına daxil deyil: avtoyuma, yanacaq, yol cərimələri, parklama.
Ev heyvanları ilə bağlı siyasətiniz?
• İcarəçi avtomobildə ev heyvanlarını daşıyacağı barədə şirkətə öncədən məlumat verməlidir.
Başqası üçün avtomobil bron edə bilərəmmi?
• Bəli siz üçüncü çəxs üçün avtomobil bron edə bilərsiniz, lakin avtomobili təhvil almaq üçün həmin şəxs özü sənədləri ilə birlikdə şirkətə yaxınlaşmalıdır.
• Əgər üçüncü şəxs təslimata gələ bilmirsə o zaman sizə əsas sürücü kimi yol vərəqi verilir və icarə ilə əlaqədar əsas məsuliyyət sizin üzərinizə düşür, üçüncü şəxs üçün yol vərəqi təqdim olunur.